“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdi

19:55 - 16 / 04 / 2024
“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdi

Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha da genişləndirməyə davam edən “TuranBank” ASC 2024-cü ilin I rübünün maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.

1 aprel 2024-cü il tarixinə “TuranBank”ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 7,4 % və ya 61 milyon manat artaraq 883,7 milyon manat olub. Hesabat dövründə Bank qarşıya qoyulan strateji hədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini daha da artırıb. Belə ki, bankın müştərilərə verilmiş kreditləri ötən ilin analoji dövrü ilə müqayisədə 13,5 % və ya 75,7 milyon manat artaraq 635 milyon manat, biznes müştərilərinə verilmiş kreditləri isə 15,7 % və ya 50 milyon manat artaraq 369,6 milyon manat təşkil edib. Bankın cəmi depozit portfeli ötən ilin sonu ilə müqayisədə 0,7 % və ya 3 milyon manat artaraq 461,9 milyon manat, o cümlədən fiziki şəxslərin depozitləri 1,9 % və ya 7,6 milyon manat artaraq 402,2 milyon manat olub ki, bu da müştərilərin Banka inamının yüksək olmasının göstəricisidir.

Bununla yanaşı ölkəmizdə sahibkarlığın, xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə daima dəstək olan, özəl sektorun inkişafına öz töhfəsini verən “TuranBank” III Aqrobiznesin İnkişafı Forumunda “2023-cü ildə mikrokreditləşmədə rəqabətliyin artımına ən çox töhfə verən bank” nominasiyasında mükafat qazanıb.

Hesabat dövründə “TuranBank” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində Zaqatala rayonunda yerləşən heyvan sığınacağını ziyarət edərək heyvanları qida, tibbi ləvazimatlar və digər bütün zəruri ehtiyaclarla təmin edib, həmçinin bütün satış nöqtələrinin qarşısında soyuq, qarlı havadan müdafiə olunması məqsədilə sahibsiz küçə pişiklər üçün evciklər quraşdırılmasını və onların daim yem, su ilə təmin olunmasını həyata keçirib. Təsadüfi deyil ki, bank Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “Bankçılıq Mükafatları - 2023” tədbirində “Korporativ sosial məsuliyyət” və “Özünüməşğulluq Proqramında iştirak” nominasiyaları üzrə mükafatla təltif edilib.

1992-ci ildən etibarən fəaliyyət göstərən “TuranBank” 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. “TuranBank”ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat mərkəzinə zəng edərək, “TuranBank”ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
111

Son xəbərlər

Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıbBu gün, 13:43Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 13:37Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdirBu gün, 13:29Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşübBu gün, 13:13Sabah Azərbaycanın bəzi yerlərində dolu düşəcək - ProqnozBu gün, 12:59Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli kəndini bərpa edəcəkBu gün, 12:59İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edibBu gün, 12:24Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnibBu gün, 12:10Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilirBu gün, 11:35Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTOBu gün, 11:25Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri elan olunubBu gün, 11:17İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə çağırışBu gün, 11:02İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edibBu gün, 11:00Binəqədidə narkotik satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyat keçirilibBu gün, 10:48Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıbBu gün, 10:30Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunubBu gün, 10:23Türkiyə İnsan Hüquqları və Bərabərlik qurumunun nümayəndələri Penitensiar Xidmətdə görüş keçirilibBu gün, 10:05Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcəkBu gün, 09:43AMB bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Ötən ay KTM-ə zəhərlənmə şübhəsilə 118 nəfər daxil olubBu gün, 09:27
Bütün xəbərlər